Rusiyada kişilərin qadınlara ev işləri üçün pul ödəməsi tələb olunacağı gözlənilir.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Rusiyada ictimai təşkilatlar kişilərin qadınlara ev işləri üçün sabit aylıq ödəniş etməsini qanunla rəsmiləşdirməyi təklif edib.
Təklifə görə, vəsait həyat yoldaşının şəxsi hesabına köçürülməlidir.
Təşəbbüsün müəllifləri hesab edir ki, kişilərin karyerası çox vaxt qadınların pulsuz əməyinə əsaslanır.
Onlar bildirir ki, qadın ev işləri, yemək hazırlamaq, paltar yumaq və təmizlik kimi proseslərə vaxt sərf edərək ailə həyatını təmin edir və bunun qarşılığında hüquqi müdafiəyə malik olmalıdır.
Hazırda məsələ müzakirə mərhələsindədir. Qanunun qəbul olunacağı halda ailədaxili maliyyə münasibətlərində yeni öhdəliklər formalaşa bilər.
Xuraman Etibarlı
İnterpress.az






