Dağıstanda 72 ədəd videokartlı qanunsuz mayninq maşını saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Dağıstanda 72 ədəd videokartla təchiz edilmiş kriptovalyuta mayninqi üçün istifadə olunan “Qazel” markalı avtomobil aşkarlanaraq müsadirə edilib.
Avtomobilin elektrik şəbəkəsinə qanunsuz qoşulduğu müəyyən edilib. Hesablamalara görə, nəqliyyat vasitəsi saatda 150 min kilovat işıq sərf edib. Bu da 1,5 milyon rubl (təxminən 31 300 manat) dəyərindədir.
Şəxslər barəsində araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






