14 ildən sonra ilk dəfə Soçidən Türkiyəyə gedən bərəyə Rusiyaya qayıtmaqdan imtina edilib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Gəmi dünən Türkiyədən Soçiyə ilk reysi həyata keçirib. Bu gün isə sahildən cəmi 20 km məsafədə saatlarla gözləməyə məcbur qalıb.
Bərə limana çatmazdan dərhal əvvəl Soçi limanı gözlənilmədən “təlim” adı ilə bağlanıb. Daha sonra yerli hakimiyyət orqanları paromun tələb olunan sənədlərə sahib olmadığını bildirib.
Hazırda gəmidə 20 sərnişin və 26 heyət üzvü var. Onlar 15 saatdan çoxdur ki, sahilə enə bilmirlər. Səbəblər dəqiq açıqlanmır.
Müşahidəçilər hadisənin siyasi və ya texniki xarakterli olub-olmadığının hələ ki, məlum olmadığını deyirlər.
Gəminin taleyinə dair qərarın yaxın saatlarda veriləcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






