Moskvalı hüquq-mühafizə əməkdaşı nigeriyalı qadını 5-ci mərtəbədən atıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Hadisə Moskvanın Mojayskiy döngəsində baş verib. Məlumata görə, 21 yaşlı Nigeriya vətəndaşı gecə baş verən mübahisədən sonra mənzilin 5-ci mərtəbəsindən atılıb.
Qadın ağır xəsarətlər alıb, tibbi yardım göstərilir.
Şübhəli şəxs artıq saxlanılıb. İlkin məlumata görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşıdır.
Medianın yazdığına görə, bu cür halların Moskvada əvvəllər də baş verdiyi bildirilir.
2018, 2023 və 2025-ci illərdə də qara dərili qadınlara qarşı bənzər zorakılıq faktları qeydə alınıb: döyülmə, bıçaqlanma və pəncərədən atılma.
İstintaq davam edir, hadisənin motivləri açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






