14 yaşlı qız banda YARATDI – 30 nəfərlik dəstə şəhəri QORXUYA SALDI – VİDEObackend

14 yaşlı qız banda YARATDI – 30 nəfərlik dəstə şəhəri QORXUYA SALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnodarda 14 yaşlı məktəbli banda yaradıb. Liderin 12–16 yaşlılardan ibarət dəstəsi bir neçə rayon sakininə zor tətbiq edib, bir nəfər reanimasiyaya düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Krasnodarda 14 yaşlı Liza adlı məktəbli azyaşlılardan ibarət təxminən 30 nəfərlik dəstə təşkil edib. O, ön dişlərinin olmaması, qısa saç kəsimi və “döyüş həvəsi” ilə tanınır.

Zərərçəkənlərin əsas hissəsi onlardan kiçik məktəblilərdir. Yeniyetmələr qurbanları tutub döyür, görüntüləri isə videoya çəkirlər.

Məlumata görə, dəstəyə irad bildirən yerli sakin ağır döyülərək reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.

Valideynlər polisə müraciət edib. Hüquq-mühafizə orqanları hadisəni araşdırır.

Yeniyetmələrin məsuliyyəti barədə məsələ araşdırmadan sonra qərara alınacaq.

Xuraman Etibarlı

İnterpress.az