Venesuela Prezidenti Nikolas Maduro ABŞ amnistiya versə,istefa verməyə hazırdır. Media iddia edir ki, Venesuela lideri təhlükəsiz zəmanət tələb edir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Xarici medianın iddiasına görə, Venesuela prezidenti Nikolas Maduro ABŞ-dən şəxsi amnistiya, onun tutulmasına görə elan olunmuş mükafatın ləğvi və təhlükəsiz, rahat həyat təminatı əldə edəcəyi halda istefaya getməyə hazırdır.
Rəsmi təsdiq yoxdur, lakin xəbər beynəlxalq mediada geniş müzakirə olunur.
Xatırladaq ki, ABŞ əvvəlki illərdə Maduronun həbsinə görə böyük mükafat elan etmişdi.
Xuraman Etibarlı
İnterpress.az






