Çində 12 yaşlı məktəblinin bir neçə orqanı səhvən çıxarılıb. Ailə bu barədə əməliyyatdan sonra öyrənib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.
Çində 12 yaşlı Syao Ye adlı şagirdə qarın boşluğunda şiş şübhəsi ilə 14 saatlıq əməliyyat aparılıb. Lakin cərrahlar müdaxilə zamanı onun onikibarmaq bağırsağını, nazik bağırsağını, mədəaltı vəzini, öd kisəsini, mədənin üçdə ikisini və yoğun bağırsağın böyük hissəsini çıxarıb.
Hadisə 2023-cü ildə başqa uşaqın təsadüfən Syaonun qarnına zərbə vurmasından sonra başlayıb.
Həkimlər uşağa hematoma diaqnozu qoyaraq əməliyyatda israr ediblər. Ailə çıxarılan orqanların həqiqi siyahısını müdaxilədən sonra bilib.
Müstəqil tibbi ekspertiza xəstəxananın hərəkətlərinin səhv olduğunu və uşağın ağır vəziyyətinə bilavasitə səbəb olduğunu təsdiqləyib.
Uşaq artıq iki ildir xəstəxana çarpayısına bağlı yaşayır.
Ailə məsul şəxslərin cəzalandırılmasını tələb edir.
Xuraman Etibarlı
İnterpress.az






