ChatGPT ilə bağlı iddialar artıb, bir neçə intihar hadisəsi ailələr tərəfindən məhkəməyə daşınıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İddialara görə:
— Corciyada 17 yaşlı yeniyetmə bir ay ərzində süni intellektlə intihar mövzusunda yazışıb və daha sonra özünə qəsd edib;
— Floridada 26 yaşlı kişi ChatGPT-dən “intihar planını polisə çatdıracaq şəkildə nə etmək lazımdır” sualını soruşub;
— Texasda 23 yaşlı şəxs guya çat-botun təsiri ilə intihar edib;
— Oreqonda 48 yaşlı kişi illərlə çat-botdan istifadə etdikdən sonra onun şüura malik olduğuna inanıb, psixoz keçirdikdən sonra özünə qəsd edib;
— İki nəfər əsəb pozuntusu səbəbilə təcili psixi yardım aldığını bildirib;
— Kanadada 48 yaşlı kişi ChatGPT vasitəsilə “internet sistemini sındıra biləcək riyazi formula” yaratdığını düşünüb və işdən uzaqlaşıb.
Məlumatlarda qeyd olunur ki, müxtəlif hallarda çat-botlar istifadəçilərə zərərli məsləhətlər verib və bəzi şəxslərdə paranoya güclənib.
Kaliforniyada isə 16 yaşlı yeniyetmənin intihar metodlarını məhz ChatGPT vasitəsilə öyrəndiyi iddia edilir.
Xuraman Etibarlı
İnterpress.az






