Fələstin tərəfdarı fəallar ZDF-in Berlin ofisini ƏLƏ KEÇİRDİbackend

Fələstin tərəfdarı fəallar ZDF-in Berlin ofisini ƏLƏ KEÇİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin tərəfdarı fəallar Berlindəki ZDF televiziya stansiyasına basqın ediblər. 

İnterpress.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” məlumat yayıb.

Berlinin Unter den Linden küçəsində yerləşən ZDF bürosuna bir qrup Fələstin tərəfdarı fəalı daxil olub.

Təhlükəsizlik əməkdaşlarının tələblərinə baxmayaraq, onlar binanı tərk etməkdən imtina ediblər.

“Focus” yazır ki, fəallar foyeyə səs gücləndirici aparat gətiriblər və uşaq ağlama səsləri yayımlanıb. Bir neçə dəqiqə sonra polis müdaxilə edib və fəalları binadan çıxarıb. Səs yazıları isə qısa müddət daha səslənib.

Polis iştirakçıların sayının dəqiq olmadığını açıqlayıb. Onların hamısına qarşı inzibati araşdırma gözlənilir.

ZDF nümayəndələri əməkdaşların təhlükəsizliyinin bərpa edildiyini və efirin dayandırılmadığını bildirib.

Hadisə son həftələr Berlin şəhərində keçirilən antisrailyönümlü aksiyaların tərkib hissəsidir.

Federal media binaları və yəhudi təşkilatlarının təhlükəsizliyi gücləndirilib.

Xuraman Etibarlı

İnterpress.az