İndoneziyada piton bələdçinin boynuna DOLANDI – VİDEObackend

İndoneziyada piton bələdçinin boynuna DOLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada bələdçi 6 metrlik pitonun hücumundan son anda xilas edilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İndoneziyada tur bələdçisi turistlərə “şou” göstərmək üçün təxminən 6 metrlik pitonu qayıqdan tutmağa çalışıb. Ancaq ilan ildırım sürəti ilə boynuna dolanaraq onu suya tərəf çəkib.

Bələdçinin boğulmaq üzrə olduğu bildirilir. Hadisə zamanı iki kişi ona kömək edərək pitonu ondan ayırmağa nail olub.

Ziyan vurulmadan xilas edilən ilan buraxılıb, turistlər isə hadisəni telefonla çəkərək xatirə fotosu ediblər.

Xuraman Etibarlı

İnterpress.az