Hakan Fidan Ağ Evdə Donald Tramp – Əhməd Əl Şaraa görüşündə iştirak edibbackend

Hakan Fidan Ağ Evdə Donald Tramp – Əhməd Əl Şaraa görüşündə iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ağ Evdə Suriya və ABŞ prezidentləri – Əhməd Əl Şaraa və Donald Tramp arasında keçirilən görüşdə iştirak edib.

İnterpress.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib.

Fidan qeyd edib ki, prezidentlərin görüşünün bir hissəsində iştiraka dəvət olunub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampa səmimi salamlarını və xoş arzularını çatdırıb.

Fidan Trampın Suriya məsələsinə yanaşmasının konstruktiv olduğunu vurğulayıb və Türkiyənin buna müsbət yanaşdığını əlavə edib.

Nazir həmçinin qeyd edib ki, Suriyalı həmkarı Əsəd Əl-Şeybani və ABŞ-nin dövlət katibi Marko Rubio ilə üç ölkənin əlaqələrinin perspektivlərini və əməkdaşlığın daha da dərinləşməsini müzakirə etmək üçün üçtərəfli görüş keçirib.