Tərkib:
1 st. bulqur
4 ədəd xiyar
2 ədəd pomidor
1 ədəd közlənmiş qırmızı bibər
¼ dəstə göy soğan
¼ dəstə şüyüd
¼ dəstə nanə
¼ dəstə cəfəri
5 x.q. zeytun yağı
2 x.q. limon suyu
1 x.q. narşərab
1 diş sarımsaq
Duz, istiot
Hazırlanması:
Bulquru bol suda yuyun, üzərinə qaynar su töküb saxlayın.
Bulqur şişdikdən sonra, soyuması üçün kasaya əlavə edin.
Pomidorun və xiyarın qabığını soyub kubvarı doğrayın.
Bibəri odun üzərində közləyib kvadrat şəklində doğrayın.
Göyərtiləri xırda doğrayın.
Zeytun yağını, limon suyu, narşərab, əzilmiş sarımsaq, duz və istiotu qarışdırın.
Bütün doğranmış ərzaqları bulqurun üzərinə əlavə edib, üstündən sousu gəzdirin.
Salatı yaxşıca qarışdırıb kahı yarpaqları ilə servis edin.
İnterpress.az