Türkiyə hərbi təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradığı ehtimal olunur.
İnterpress.az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Telekanal təyyarənin düşməsini göstərən video yayımlayıb.
Gürcüstanın müvafiq qurumlarından hələlik rəsmi məlumat alınmayıb. Qəzanın təfərrüatları məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az






