Əl-Şaraanın ABŞ səfərinin nəticələri MÜZAKİRƏ OLUNDUbackend

Əl-Şaraanın ABŞ səfərinin nəticələri MÜZAKİRƏ OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məzlum Абdi ABŞ səfərinin nəticələrini Barraqla müzakirə edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Əl-Hadath” məlumat yayıb.

Suriya Demokratik Qüvvələri”nin (SDF) komandanı Məzlum Abdi ABŞ-nin Suriya üzrə Tramp administrasiyasının xüsusi nümayəndəsi Barrakla telefon danışığı aparıb. Tərəflər Suriya prezidenti Əl-Şaraanın ABŞ səfərinin yekunlarını müzakirə ediblər.

Abdi SDF qüvvələrinin Suriya hökumətinin tərkibinə inteqrasiyası prosesinin sürətləndirilməsinə sadiqliyini bildirib. O, həmçinin Suriyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmasının vacibliyini vurğulayıb.

Abdi X hesabında yazıb ki, bu addım “İŞİD-in tam məhv edilməsi və təhlükənin regiondan aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi” üçün əsas mərhələdir.

Onun sözlərinə görə, tərəflər Suriyanın vahid gələcəyi naminə daha təhlükəsiz və firavan mühit yaratmaq üçün əməkdaşlığı davam etdirir.

Bildirilib ki, Suriya ilə SDF yaxın vaxtlarda ABŞ-nin iştirakı ilə növbəti danışıqlar raunduna hazırlaşır.

Xuraman Etibarlı

İnterpress.az