XƏBƏRDARLIQ: Özünə böyük məbləğdə pul köçürmələri saxtakarlıq hesab ediləcəkbackend

XƏBƏRDARLIQ: Özünə böyük məbləğdə pul köçürmələri saxtakarlıq hesab ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özü-özünə böyük pul köçürmələri saxtakarlıq əlaməti sayılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb. Sürətli Ödəniş Sistemi (SÖS) vasitəsilə özünə böyük məbləğdə pul köçürmələri saxtakarlıq hesab ediləcək.

Mərkəzi Bank xəbərdarlıq edib ki, başqalarına deyil, eyni şəxsin öz hesabları arasında böyük məbləğlərin SÖS ilə köçürülməsi saxtakarlıq əlaməti kimi qiymətləndirilə bilər.

Hüquq-mühafizə orqanları və banklar bildirirlər ki, fırıldaqçılar vaxtilə hesabın girişini ələ keçirərək qurbanları digər hesablarındakı bütün yığımını tək bir hesaba köçürməyə inandırırlar. Bu halda pulun oğurlanması asanlaşır.

Bu səbəbdən böyük miqdarda öz-özünə köçürmələr yenilənmiş “saxdakarlıq əlamətləri” siyahısına əlavə olunacaq.

Mərkəzi Bankın məqsədi istifadəçiləri xəbərdar etmək və bankların şübhəli əməliyyatları daha operativ bloklamasına şərait yaratmaqdır.

Xuraman Etibarlı

İnterpress.az