Polşa parlamentindən GTA VI-nın təxirə salınmasına SƏRT REAKSİYA – VİDEObackend

Polşa parlamentindən GTA VI-nın təxirə salınmasına SƏRT REAKSİYA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa parlamenti GTA VI-nın təxirə salınmasını qınayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Polşa parlamentində keçirilən son iclasda deputat Vitold Tumanoviç Rockstar şirkətinin GTA VI oyununun satışını gecikdirməsi barədə qərarı rəsmi şəkildə qınayıb. O, bunu “böyük qalmaqal” adlandırıb və ictimaiyyəti etirazlara səsləyib.

Tumanoviç bildirib ki, bu qərar cəmiyyətdə narazılıq doğurmalıdır: “Əgər bundan sonra da xalq küçələrə çıxmasa, daha nə gözləmək olar, bilmirəm”.

Əlavə: Rockstar hələlik yeni çıxış tarixini açıqlamayıb.

Xuraman Etibarlı

İnterpress.az