Braziliyada COP30-da İNSİDENT: “Biz bəzək olmaq istəmirik”backend

Braziliyada COP30-da İNSİDENT: “Biz bəzək olmaq istəmirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada COP30-da insident baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Braziliyanın Belən şəhərində keçirilən BMT-nin COP30 iqlim konfransında yerli xalqlar təhlükəsizliklə toqquşub.

Onlarla nəfər tədbir ərazisinə daxil olmağa cəhd edərək Amazoniyanın qorunması ilə bağlı qərarlarda iştirak tələb edib.

Qapılar sındırılıb, mühafizəçilərlə əlbəyaxa olub. Bir təhlükəsizlik əməkdaşı başından yaralanıb. Polis müdaxiləsindən sonra aksiya dağılıb.

Etirazçılar bildiriblər ki, torpaqları ilə bağlı müzakirələrdən kənarda saxlanılırlar. Kayapo tayfasının lideri Raoni Metuksire: “Biz dekorasiya yox, qərarların iştirakçıları olmaq istəyirik”.

Ekoloqlar Amazon meşələrinin 20%-nin artıq məhv edildiyini bildirir.

Xuraman Etibarlı

İnterpress.az