Filippində kişi elektrik dirəyinə tullanaraq həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Filippində naməlum şəxs yüksək gərginlikli elektrik xətti dirəyinə tullanıb.
Hadisə anını görənlər onu dayandırmağa çalışsa da, o xəbərdarlıqlara məhəl qoymayıb.
Güclü elektrik cərəyanı onun yerindəcə həyatına son qoyub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






