Ermənistan məhkəmə islahatına HAZIRLAŞIRbackend

Ermənistan məhkəmə islahatına HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan məhkəmə islahatına hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. 

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın məlumatına görə, ölkə andlılar məhkəməsi sistemini tətbiq etmək üçün beynəlxalq təcrübəni öyrənir.

Konstitusiya islahatları çərçivəsində kimlərin andlı ola biləcəyi ilə bağlı norma müzakirə edilib, lakin hələ Konstitusiya İslahatları Şurası tərəfindən təsdiqlənməyib.

Ermənistan andlılar məhkəməsini tətbiq etmək niyyətindədir, model forması hələ seçilməyib.

Xuraman Etibarlı

İnterpress.az