Paşinyan ermənilərə yeni silah və texnika nümayişi elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə “источник” məlumat yayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan son illərdə əldə edilmiş hərbi texnika, silahlar və mühəndis yeniliklərinin vətəndaşlara nümayiş olunacağını açıqlayıb.
Onun sözlərinə görə, vətəndaşlar 50 nəfərlik qruplar şəklində həmin silah və texnikanı yaxından görmək imkanı əldə edəcəklər.
Paşinyan bildirib ki, artıq kifayət qədər vətəndaş müraciət edib və yaxın vaxtlarda onlar üçün nümayiş təşkil olunacaq.
Eyni zamanda, prosesə qoşulmaq istəyən hər bir şəxs xüsusi xidmət orqanlarının yoxlamasından keçməlidir.
Təqdimatın hansı hərbi bazalarda və hansı tarixdə keçiriləcəyi hələ açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






