Kaliforniyada qatar yüksək sürətlə hərəkət edərkən sərnişinlər qorxu dolu anlar yaşayıb.
İnterpress.az xəbər verir ki, bu barədə kadrları yerli media yayıb.
Kaliforniyada metro maşinisti hərəkət zamanı yuxuya gedib. Qatar yüksək sürətlə küçələrdən keçərkən sərnişinlər salon boyu yıxılıb, nəqliyyat vasitəsi isə az qala avtomobilə çırpılıb.
Hadisədən sonra qadın maşinist sərnişinlərdən üzr istəyərək “Bağışlayın, dayandıra bilmədim, sakit olun” deyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb, məsələ araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






