Ukrayna prezidentindən Mindiç və Zukermana qarşı SƏRT TƏDBİRLƏRbackend

Ukrayna prezidentindən Mindiç və Zukermana qarşı SƏRT TƏDBİRLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski “Enerqoatom” işi üzrə fiqurlara sanksiya tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının saytında məlumat yayılıb.

Ukrayna prezidenti Volodimir Zelenski Mixail Mindiç və Aleksandr Zukermanı “Enerqoatom” şirkətində mənimsəmə və vəsaitlərin “yuyulması” işi ilə əlaqədar sanksiya siyahısına daxil edib.

Qərara əsasən, onlara dövlət mükafatlarından məhrumetmə, dövlət əmlakının özəlləşdirilməsi və icarəsinə qadağa, hesabların bloklanması, intellektual mülkiyyətin ötürülməsi hüququnun dayandırılması və digər məhdudiyyətlər tətbiq olunur.

Ukrayna hökuməti bildirir ki, bu tədbirlər korrupsiya ilə mübarizə çərçivəsində aparılan yeni mərhələnin tərkib hissəsidir.

Xuraman Etibarlı

İnterpress.az