Rusiyanın tanınmış simaları reabilitasiya mərkəzinə yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Пятница!” telekanalı məlumat yayıb.
Aktrisa Anastasiya Voloçkova, aktyor Nikita Ciqurda və aparıcı Mariya Malinovskaya eyni reabilitasiya mərkəzinə yerləşdiriliblər.
Onlarla birgə bloqerlər Roma Jölud, Diana Aster, GABAR və rep ifaçısı Hofmannita da könüllü şəkildə narkoloq nəzarəti altında müalicə alırlar.
Layihə “Zvezdı pod kapelniçey” (“Ulduzlar sistem altında”) adlanır və sosial eksperiment kimi təqdim olunur.
14 noyabr saat 21:30-da “Пятница!” kanalında yayımlanacaq verilişdə məşhurlar alkoqol asılılığından xilas olmaq üçün səhnə və çəkiliş fəaliyyətlərini dayandıraraq özləri ilə üz-üzə gələcəklər.
Layihənin məqsədi asılılıqla mübarizənin cəmiyyətə açıq şəkildə göstərilməsi və ictimai maarifləndirmənin artırılmasıdır.
Xuraman Etibarlı
İnterpress.az






