85 yaşlı fransız həkim əvəzinə təsadüfən Xorvatiyaya GETDİ – FOTObackend

85 yaşlı fransız həkim əvəzinə təsadüfən Xorvatiyaya GETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

85 yaşlı fransız səhvən həkimə yox, Xorvatiyaya gedib.

İnterpress.az xəbər verir ki, bu barədə Fransanın “ici” radiosu məlumat yayıb.

Fransanın qərbində yaşayan 85 yaşlı kişi həkim qəbuluna getmək üçün evindən çıxıb, lakin istiqaməti itirərək təsadüfən 1500 kilometr uzaqlıqdakı Xorvatiyaya çatıb.

O, cəmi 25 kilometr məsafədə yerləşən Ervo şəhərinə getməli idi, amma bütün yolu səhv istiqamətdə — şərqə doğru gedib.

“Nieuwsblad” nəşri yazır ki, kişi 24 saat ərzində sükan arxasında olub və fərqinə varmadan bir neçə Avropa sərhədini keçib.

O, jurnalistlərə bildirib ki, yaddaş və ya oriyentasiya problemi yoxdur və baş verənləri özü də anlaya bilmir.

Yaxınları onun dostları ilə görüşə gəlmədiyini görüb narahat olublar və itkin düşməsi barədə polisə məlumat veriblər.

Mobil telefon siqnalı sayəsində kişi Xorvatiyada bir oteldə tapılıb. Hazırda onu evinə qaytarmaq üçün tədbirlər görülür.

Polis hadisəni “nadir, lakin təhlükəli vəziyyət” adlandırıb və yaşlı sürücülərə uzun məsafələrdə təkbaşına yola çıxmamağı tövsiyə edib.

Xuraman Etibarlı

İnterpress.az