Ermənistanda “Antifake”in redaktoru David Fidanyan saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Antifake” nəşrinin redaktoru David Fidanyanı saxlayıb. Onun hansı səbəbdən saxlanıldığı barədə rəsmi məlumat açıqlanmayıb.
Hadisə ictimaiyyətdə rezonans yaradıb, sosial şəbəkələrdə istifadəçilər bunun söz azadlığına təzyiq ola biləcəyini bildirirlər.
Ermənistan hüquq-mühafizə orqanlarından insidentlə bağlı əlavə açıqlamanın veriləcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






