Çin Yaponiyanı Tayvan məsələsinə qarışmamağa çağırdı və xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian bəyanat yayıb.
Rəsmi Pekin Tokionun Tayvanla bağlı mümkün hərbi iştirakına kəskin reaksiya göstərib.
Çin XİN nümayəndəsi bildirib ki, əgər Yaponiya Tayvan boğazındakı vəziyyətə hərbi yolla müdaxilə etməyə cəsarət edərsə, bu, “aqressiya aktı” kimi qiymətləndiriləcək və Çin “qəti cavab zərbəsi” endirəcək.
Çin tərəfi həmçinin Yaponiyanı “tarixi cinayətlərini dərindən dərk etməyə, daxili işlərə müdaxiləni dayandırmağa və Tayvan məsələsində alovla oynamamağa” çağırıb.
“Kim odla oynayırsa, özü yanar”, – rəsmi nümayəndə əlavə edib.
Pekin son aylarda Tayvanla bağlı Qərb və region ölkələrinin bəyanatlarına daha sərt reaksiya göstərir və məsələni “Çinin suverenlik məsələsi” adlandırır.
Xuraman Etibarlı
İnterpress.az






