Rusiyalı politoloq “terrorçu və ekstremistlər” siyahısına DAXİL EDİLDİbackend

Rusiyalı politoloq “terrorçu və ekstremistlər” siyahısına DAXİL EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı politoloq Yekaterina Şulman “terrorizm və ekstremizm” siyahısına salınıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Rosfinmonitorinq” məlumat yayıb. Siyahıda onun adı 18493 nömrə altında qeyd olunub.

2025-ci ilin iyulunda Moskvanın Meşçanski Məhkəməsi Şulmanı iki aylıq həbs qətimkan tədbiri ilə qiyabi şəkildə məsuliyyətə cəlb etmişdi.

Ona qarşı “xarici agent kimi öhdəliklərin yerinə yetirilməməsi” maddəsi üzrə cinayət işi açılıb.

Bu maddə üzrə maksimal cəza iki il azadlıqdan məhrumetmədir. Qanuna əsasən, bu məsuliyyət bir il ərzində analoji inzibati pozuntuya iki dəfə görə cərimələnən şəxslərə tətbiq edilir.

2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından sonra Şulman Almaniyada yaşayır.

O, hazırda “YouTube” kanalında Rusiya siyasətinə dair analitik çıxışlar edir və beynəlxalq tədbirlərdə mühazirələrlə çıxışını davam etdirir.

Şulmanın “terrorizm və ekstremizm” reyestrinə daxil edilməsi onun Avropadakı fəaliyyətinə və maliyyə əməliyyatlarına ciddi təsir göstərə bilər.

Xuraman Etibarlı

İnterpress.az