42 min manatlıq SƏHV: Qadını diş müalicəsində ŞİKƏST ETDİLƏR – FOTObackend

42 min manatlıq SƏHV: Qadını diş müalicəsində ŞİKƏST ETDİLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda qadın 2 milyon rublluq (təxm. 42 131 man) stomatoloji əməliyyatdan sonra danışmaq və yemək qabiliyyətini itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Yekaterinburq sakini Olqa T. “Megadenta Klinik” adlı klinikada ortoped-qnatoloq İlya Şatrova müraciət edib. O, 15 il əvvəl qoyulmuş köhnə kronların altında ağrılardan şikayətlənib.

Həkim ona köhnə konstruksiyaların çıxarılmasını və implantların quraşdırılmasını təklif edib. Lakin əməliyyatdan sonra başlayan iltihab prosesi dayandırılmayıb.

Qadının 23 sağlam dişi yonulub və yeni kronlar lazımi müayinələr aparılmadan quraşdırılıb. Nəticədə xəstədə üz əzələlərində və sümüklərində ağrılar, iltihab və çənə deformasiyası yaranıb.

Olqa artıq normal şəkildə qida qəbul edə və danışa bilmir. Həkim Şatrov isə müalicəni davam etdirməkdən imtina edib.

Olqa bu prosedura görə demək olar ki, 2 milyon rubl ödəyib. Klinikanın rəhbərliyi onun şikayətlərinə cavab vermir.

O, artıq İstintaq Komitəsinə, prokurorluğa və məhkəməyə müraciət edib. İş üzrə ilk məhkəmə iclası 8 dekabrda keçiriləcək.

Mütəxəssislər qeyd edirlər ki, bu cür stomatoloji səhvlər xəstələrdə ciddi funksional və psixoloji fəsadlara səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az