Britaniyalı İstanbulda saç əkdirmə prosedurundan sonra DÜNYASINI DƏYİŞDİ – FOTObackend

Britaniyalı İstanbulda saç əkdirmə prosedurundan sonra DÜNYASINI DƏYİŞDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyalı pasiyent saç əkdirilməsi və diş müalicəsindən sonra İstanbulda vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Böyük Britaniya vətəndaşı, mənşəcə albaniyalı olan Mentor Rama İstanbulda “Dymed Hair Clinic”də saç əkdirilməsi əməliyyatı keçirib, ertəsi gün isə “Aqua Dental Clinic”də diş müalicəsi alıb.

Lakin otelə qayıtdıqdan sonra onun halı qəfil pisləşib. Təcili yardımın müdaxiləsinə baxmayaraq, Rama xəstəxanada vəfat edib.

Meyit ailəsinə təhvil verilib və vətəninə göndərilib. Hadisə ilə bağlı polis istintaqa başlayıb.

Həkim mənbələri ilkin olaraq ölümün səbəbini orqanizmin ağır stress reaksiyası və ya dərman qarşılıqlı təsiri ilə əlaqələndirir.

Xuraman Etibarlı

İnterpress.az