Azərbaycandan Türkiyəyə uçan təyyarənin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə vida mərasimi keçirilirbackend

Azərbaycandan Türkiyəyə uçan təyyarənin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə vida mərasimi keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilib.

İnterpress.az xəbər verir ki, Mürted Hava Bazası Komandanlığında keçirilən vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri, şəhid hərbçilərin yaxınları iştirak ediblər.

Vida mərasiminin ardınca cənazələr hərbçilərin doğulduğu bölgələrə göndərilib.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.