Məşhur reper 8 il müddətinə sərt rejimli koloniyaya MƏHKUM EDİLDİbackend

Məşhur reper 8 il müddətinə sərt rejimli koloniyaya MƏHKUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı reper Obe1Kanobe 8 il müddətinə sərt rejimli koloniyaya məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb

Məşhur reper Obe1Kanobe barəsində hökm elan olunub. O, narkotik vasitələrin satışına cəhd ittihamı üzrə 8 il müddətinə sərt rejimli koloniyada cəza alıb.

.Məhkəmənin gəldiyi qənaətə görə, reper satış məqsədilə narkotik maddə əldə etməkdə və bunu həyata keçirməyə cəhddə təqsirli bilinib.

Müdafiə tərəfi ittihamların əsassız olduğunu iddia etsə də, hökm dəyişməyib. Obe1Kanobe artıq məhkəmə zalında həbsə götürülüb.

Yaxın günlərdə tərəflərin hökmə apellyasiya şikayəti verib-verməyəcəyi məlum olacaq.

Xuraman Etibarlı

İnterpress.az