Moskva ticarət mərkəzində yeniyetmə kinoda yanğın törədib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Moskvanın “Aviapark” Ticarət Mərkəzində 16 yaşlı yeniyetmə kinoteatra benzin dolu kanistr ilə daxil olaraq seans zamanı yanğın törədib.
Hadisə zamanı o, kreslonu yandırmağa cəhd edib, lakin mühafizə xidməti operativ şəkildə onu zərərsizləşdirib.
Ziyarətçilər sakit şəkildə zaldan evakuasiya olunub. Şahidlərin sözlərinə görə, yanğın siqnalizasiya sistemi işə düşməyib və insanlar özləri çıxmağa məcbur olublar.
Məlumata görə, Krasnoqorskdan olan yeniyetmə bunu telefon dələduzlarının göstərişi ilə edib. Onlar ona bu “tapşırıq” üçün cəmi 2 min rubl (təxm. 42 man) vəd ediblər.
Hadisə ilə bağlı cinayət işi açılıb, Ticarət Mərkəzində təhlükəsizlik sistemlərinin işləməsi ayrıca yoxlanılır.
Xuraman Etibarlı
İnterpress.az






