Alimlər ürək üçün əməliyyatsız bərpa imkanı verən “plastır” hazırlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Tədqiqatçılar adi dəri və ya qan hüceyrələrindən əldə olunan kök hüceyrələrdən ürək və damar hüceyrələrini formalaşdıraraq mikrofiber əsaslı nazik “plastır” hazırlayıblar.
Bu plastır kiçik kəsik vasitəsilə ürəyə yerləşdirilir, orada öz-özünə açılır və tibbi yapışqanla möhkəmlənir.
Metod infarkt sonrası geri dönməyən ürək zədələrini bərpa edə bilər və xəstənin öz toxumalarını yenidən qurmağa imkan verir.
Xuraman Etibarlı
İnterpress.az






