Rusiyalı biznesmen Ruben Tatulyanın ekstradisiyası rədd edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Soçidən olan və dələduzluq işi üzrə Rusiyada axtarışda olan Ruben Tatulyanı (Robson) Ermənistan təhvil verilməyəcək.
O, 7 noyabrda Ermənistan ərazisində müəyyən edilsə də, saxlanılmayıb. Səbəb kimi onun Ermənistan vətəndaşı olması göstərilir və bu status ona başqa dövlətə verilməmək imtiyazı yaradır.
Ermənistan Baş Prokurorluğu bildirib ki, Tatulyanın vətəndaşlıq statusuna görə Rusiyaya ekstradisiya olunması qanunla mümkün deyil.
Xuraman Etibarlı
İnterpress.az






