Çelyabinsk vilayətində məktəb uşaqlarını aparan avtobus yük maşını ilə toqquşub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hadisə zamanı avtobusda olan 51 uşağın bir neçəsi müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata görə, toqquşma magistral yolda baş verib.
Yaralılar xəstəxanaya təxliyə edilib, onların həyati təhlükəsi barədə məlumat dəqiqləşdirilir. Qəzanın səbəbi araşdırılır.
Qeyd olunur ki, uşaqlar ekskursiyadan qayıdırmış və avtobus yolda rəsmi müşayiət altında hərəkət edirdi.
Hadisə yerinə operativ xidmətlər cəlb olunub.
Xuraman Etibarlı
İnterpress.az






