Polis Paris dəmiryol vağzalındakı silahlı şəxsi yaralayıbbackend

Polis Paris dəmiryol vağzalındakı silahlı şəxsi yaralayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa polisi Parisin Monparnas vağzalında odlu silahdan istifadə edərək bıçaqlı şəxsi yaralayıb.

Bu barədə Paris prokurorluğu məlumat yayıb.

Məlumata görə, polis əməkdaşı intiharla hədələyən şəxsə qarşı silahdan istifadə etməyə məcbur olub.

“Bir şəxs Parisətrafı qəsəbələrdən birində həyat yoldaşını və uşaqlarını hədələyib, daha sonra Monparnas qatarına minib. Polis onu saxladıqda kişi intihar edəcəyi ilə hədələyib. Polis onu ayağından yaralayıb”, – məlumatda bildirilib.

Prokurorluq cəmi bir dəfə atəş açıldığını bildirsə də, şahidlər bir neçə dəfə atəş səsi eşitdiklərini bildiriblər