Nartkala şəhərində 13 yaşlı məktəbli faciəli şəkildə həyatını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İlkin məlumata əsasən, yeddinci sinif şagirdi tənəffüsdə kökəni çox sürətlə yemək barədə dostları ilə mübahisəyə girib. Qısa müddət sonra uşaq boğulmağa başlayıb və huşunu itirib.
Yaxınlıqda olan məktəb işçiləri ilkin yardım göstərməyə çalışıb və təcili tibbi yardım çağırılıb, lakin onu xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






