ABŞ-nin Dallas şəhərində gənc müsəlmanlara ibadət zamanı hücum olub.
İnterpress.az xəbər verir ki, bu barədə Amerika-İslam Əlaqələri Şurası (CAIR) məlumat yayıb.
Məlumata görə, hücumu həyata keçirən şəxs Kristofer Svoçak adlı xristian ekstremistdir. O, namaz qılan gənclərə yaxınlaşıb, onların ibadətini pozub və hadisəni telefonla çəkib. Bildirilib ki, bu, onun ilk insidenti deyil: oktyabrın sonunda həmin şəxs Hyuston Universitetində müsəlman tələbələrin görüşünə soxularaq Qurani-Kərimi yandırmışdı.
CAIR polisə çağırış edərək hadisənin nifrət zəminində törədilən cinayət kimi araşdırılmasını tələb edib və zərərçəkənlərə dəstək ifadə edib. Təşkilat bildirib ki, bu cür hücumlar bəzi siyasətçilər tərəfindən yayılan antimusəlman təbliğatının nəticəsidir.
Xuraman Etibarlı
İnterpress.az






