Tələbələr müəllimin radikal fikirlərinə belə ETİRAZ ETDİ – VİDEObackend

Tələbələr müəllimin radikal fikirlərinə belə ETİRAZ ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qadın tələbələr müəllimin kabinet qapısını etiraz əlaməti olaraq bənövşəyiyə boyayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Tələbələr bu aksiyanı qadın hüquqlarının müdafiəsi və zorakılığın dini bəhanə ilə haqq qazandırıla bilməyəcəyini göstərmək məqsədilə həyata keçiriblər.

Universitetdə qadın tələbələr Müslümancı ilahiyyatçı Mustafa Karataşın kabinet qapısını bənövşəyiyə boyayıb.

Karataş əvvəlcə açıqlamışdı ki, “zina edən qadın cəzalandırılmalıdır, hətta ölüm”, bu isə tələbələr arasında etiraz doğurub.

Tələbələr vurğulayıblar ki, hərəkət simvolik xarakter daşıyır və akademik mühitdə qadınların hüquq və təhlükəsizliyinə hörmət edilməsinin vacibliyini göstərmək üçündür.

Xuraman Etibarlı

İnterpress.az