Amerikada it təsadüfən sahibini tüfənglə vurub.
İnterpress.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
53 yaşlı amerikalı kişinin iti yatağına tullanıb və orada olan ov tüfənginə toxunub. Bu zaman güllə açılıb və kişi kürəyindən güllə yarası alıb.
Kişi silahı təmizləyirmiş.
Yaralı kişi şüurlu halda xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Polis hadisəni bədbəxt hadisə kimi qiymətləndirir.
Xuraman Etibarlı
İnterpress.az






