Ramazan süfrəsi üçün – sobada kababbackend

Ramazan süfrəsi üçün – sobada kabab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

500 gr dana əti
2 diş sarımsaq
1 ədəd baş soğan
2 ədəd qırmızı soğan
1 ç.q. cirə
½ st. süd
½ st. su
1 ç.q. çay sodası
2 dilim çörək içi
Şüyüd, cəfəri
1 ədəd yumurta
Duz, istiot

Hazırlanması:

Ət ətçəkən maşından çəkilir, üzərinə süddə yumşaldılmış çörək içi əlavə edilib yoğrulur.
Qiyməyə xırda doğranmış baş soğan, əzilmiş sarımsaq, su, çay sodası, cirə, yumurta, xırda doğranmış göyərti, duz və istiot əlavə olinub təkrar yoğrulur.
Ət qarışığınının üstü streclə bağlanıb 30 dəq. soyuducuya yerləşdirilir.
Qiymədən parçalar qopardılıb yumurlanır.
Şişə halqavarı doğranmış soğan və ət parçası sancılıb, yağlı kağız salınmış formaya düzülür.
180 dərəcəyədək qızdırılmış sobada 25 dəq. bişirilir.

İnterpress.az