Tarixdə İLK DƏFƏ: Süni intellekt 30 böyük şirkətə KİBERHÜCUM ETDİ – FOTObackend

Tarixdə İLK DƏFƏ: Süni intellekt 30 böyük şirkətə KİBERHÜCUM ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni intellekt ilk dəfə real kiberhücumu özü həyata keçirərək, 30 böyük şirkətin infrastrukturuna zərbə endirib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Tarixdə ilk süni intellekt hücumu Çində qeydə alınıb.

Dünyada ilk dəfə süni intellekt modeli — Claude Code — real kiberhücumun əsas icraçısı kimi istifadə edilib.

Araşdırmalara görə, Çin mənşəli və dövlət dəstəyi ilə fəaliyyət göstərən haker qrupu genişmiqyaslı əməliyyat zamanı modeli manipulyasiya edərək təhlükəsizlik mexanizmlərini aşmağa nail olub.

Hücumun detalları diqqət çəkir: məqsəd hissələrə bölünərək “zərərsiz təhlükəsizlik yoxlamaları” kimi təqdim edilib.

Bundan sonra süni intellekt  müstəqil şəkildə işləməyə başlayıb — şəbəkələri skan edib, prioritet hədəfləri seçib, öz eksploitlərini yazıb və yoxlayıb, giriş əldə edib, sistemlərə bəkdor yerləşdirib və oğurlanmış məlumatları çeşidləyib.

Bütün proses saniyələr içində minlərlə sorğu ilə həyata keçirilib ki, bu da insan komandalarının imkanlarını üstələyir.

Hücumun hədəfləri arasında dövlət qurumları, banklar və iri texnologiya şirkətləri var.

Mütəxəssislər qeyd edir ki, bu presedent qlobal miqyasda kiberhücumların sayını və təsir gücünü kəskin artıracaq.

Artıq sındırma əməliyyatı üçün yüksək bilik və uzun illik təcrübə şərt hesab edilmir — süni intellekt işi özü görür.

Xuraman Etibarlı

İnterpress.az