Ayın ən dəqiq fotosu GÜNDƏM OLDU – FOTObackend

Ayın ən dəqiq fotosu GÜNDƏM OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ayın ən dəqiq 1,3 giqapiksellik fotosu ictimaiyyətə təqdim olunub.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Astrofotoqraf Endryu Makkarti ayın mövcud olan ən yüksək keyfiyyətli – 1,3 giqapiksellik görüntüsünü təqdim edib. Foto 280 mindən çox ayrı çəkilişin mozaika şəklində birləşdirilməsi ilə hazırlanıb.

Makkartinin sözlərinə görə, layihəni tamamlamaq ona ümumilikdə 5 il vaxt aparıb.

Sənədin tam ölçüdə versiyası xüsusi səhifədə təqdim olunub.

Xuraman Etibarlı

İnterpress.az