Günəş fonunda insanın göydən düşməsi kadrları YAYILDI – FOTObackend

Günəş fonunda insanın göydən düşməsi kadrları YAYILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəş fonunda göydən sərbəst düşən paraşütçü görüntülənib.

İnterpress.az xəbər verir ki, bu barədə Endryu Makkarti öz İnstagram səhifəsində məlumat yayıb.

Amerikalı astrofotoqraf Endryu Makkarti unikal kadr əldə edib. Onun çəkdiyi fotoda paraşütçü Qabriel Braun nəhəng günəş diskinin fonunda sərbəst şəkildə havada düşərək təsvir olunub.

Makkarti bu fotoya simvolik olaraq “İkarın süqutu” adını verib.

Bu anı tutmaq üçün həqiqi mühəndis dəqiqliyi tələb olunub. Altı dəfə cəhd edilib, həftələrlə hesablamalar aparılıb və tam koordinasiya təmin edilib.

Xuraman Etibarlı

İnterpress.az