Məşhur müğənniyə GÖZLƏNİLMƏZ İDDİA: Bank 252 min manat TƏLƏB EDİR – VİDEObackend

Məşhur müğənniyə GÖZLƏNİLMƏZ İDDİA: Bank 252 min manat TƏLƏB EDİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filipp Kirkorovdan 12 milyon rubl (təxm. 252 min man) tələb olunur — korporativdə “işlədiyi” kredit qalmaqala səbəb oldu

Məşhur rusiyalı müğənni Filipp Kirkorovdan 12 milyon rublun geri qaytarılması tələb edilib. Səbəb — kreditin ödəniş əvəzinə korporativ konsertlə “örtülməsi”.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, 2020-ci ildə Kirkorov Moskva Kredit Bankından kredit götürüb və tərəflər razılaşıb ki, müğənni borcu pul ilə yox, bankın korporativ tədbirində çıxış etməklə ödəyəcək. Konsert 2022-ci ildə — Yeni il tədbirində baş tutub.

Lakin sonradan bank rəhbərliyi dəyişib. Yeni menecment köhnə müqavilələri yenidən araşdırarkən Kirkorovun çıxışı ilə kreditin bağlanmasını hüquqi cəhətdən kifayət hesab etməyib və indi müğənnidən 12 milyon rublu geri tələb edir.

Hadisə şou-biznes və maliyyə dairələrində geniş müzakirələrə səbəb olub. Hüquqşünaslar bildirirlər ki, razılaşmanın sənədli təsdiqi məsələnin taleyini müəyyən edəcək.

Xuraman Etibarlı

İnterpress.az