Zibilləri küçəyə atan qadın qeyri-adi üsulla CƏZALANDIRILDI – VİDEObackend

Zibilləri küçəyə atan qadın qeyri-adi üsulla CƏZALANDIRILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odesada qadını zibil atdığı üçün skotçla skamyaya bağladılar

İnterpress.az xəbər verir ki, bu barədə yerli sosial səhifələr məlumat yayıb.

Odessada bir qadın küçəyə zibil atmaqda ittiham olunub və iddiaya görə, buna görə onu skamyaya “skoç”la (yapışqan lent) bağlayıblar. Hadisənin görüntüləri yerli ictimai kanallarda sürətlə yayılıb.

Məlumatlara görə, ətrafda olan bir neçə nəfər qadının ətrafa zibil səpdiyini görüb və onu “cəzalandırmaq” adı ilə skamyaya sarıyıblar.

Şəhər sakinlərinin bir qismi bunu özbaşınalıq adlandırıb, digərləri isə bunun zibil probleminə qarşı sərt reaksiya olduğunu yazıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması hələlik yoxdur.

Xuraman Etibarlı

İnterpress.az