FSB Novorossiyskdə keşişlikdən məhrum edilmiş şəxsi saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanları məlumat yayıb.
Federal Təhlükəsizlik Xidməti (FSB) Novorossiysk şəhərində kilsə vəzifəsindən məhrum edilmiş keçmiş ruhani şəxsi saxlayıb.
Ona Kuban sakinlərini Rusiyada terrorçu təşkilat kimi tanınan “RDK”yə cəlb etməyə cəhd göstərmək ittihamı irəli sürülüb.
Məlumata görə, keçmiş keşiş bir neçə yerli sakini gizli kanallar vasitəsilə təşkilata qoşulmağa təşviq edib. Onun fəaliyyətinə dair dəlillər toplanandan sonra əməliyyat həyata keçirilərək saxlanılıb. Hazırda istintaq aparılır.
Xuraman Etibarlı
İnterpress.az






