Londonda oğrular Android telefonları geri qaytarır.
İnterpress.az xəbər verir ki, bu barədə “London Centric” məlumat yayıb.
Oğrular artıq yalnız “iPhone”larla maraqlanır, “Android” istifadəçiləri isə gözlənilmədən toxunulmazlıq qazanıblar.
Nəşr bir-birinə bənzər üç hadisəni təqdim edib — hər üçündə oğrular Android smartfonunu aldıqları anda geri qaytarıblar.
Birinci insidentdə elektrik velosipedində olan oğru “Samsung Galaxy” telefonunu qapıb qaçmaq istəyib, lakin modelin “Samsung” olduğunu görən kimi cihazı yerə ataraq yoxa çıxıb. Digər hadisədə bir yad adam küçədə bir nəfərə yaxınlaşıb, amma onun Android sahibi olduğunu anlayan kimi marağını tam itirib.
Üçüncü zərərçəkənə isə səkkiz nəfərlik dəstə hücum edib. Onlar kişinin əşyalarını, o cümlədən telefonunu götürsələr də, qrup üzvlərindən biri geri qayıdaraq smartfonu sahibinə qaytarıb və “bizə Samsung lazım deyil” deyib.
Xuraman Etibarlı
İnterpress.az






