Musiqi müəllimi şagirdləri boğaraq “eksperiment” APARDI – VİDEObackend

Musiqi müəllimi şagirdləri boğaraq “eksperiment” APARDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda musiqi müəllimi şagirdləri “nəfəs testi” adı ilə boğurmuş.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Yekaterinburqda 33 yaşlı balalayka müəllimi barəsində cinayət işi başlanıb.

Məlumata görə, o, dərs keçmək əvəzinə uşaqları evinə çağırır və onlara pul qarşılığında “nəfəsin yoxlanması” adı altında boğma hərəkətləri tətbiq edirmiş.

İnternetə sızan bir neçə videoda müəllimin şagirdlərin boğazını sıxaraq “eksperiment” apardığı görünür.

Hadisə ictimailəşdikdən sonra müəllim dərhal işdən azad edilib. O, illərdir “Oberton” adlı uşaq ansamblına rəhbərlik edib və Yekaterinburqun 17 saylı məktəbində çalışıb.

Hazırda ona qarşı cinayət məsuliyyəti məsələsi araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az