Hicabdan imtina edən qıza “cin çıxarma” adıyla İŞGƏNCƏ VERİLDİ – VİDEObackend

Hicabdan imtina edən qıza “cin çıxarma” adıyla İŞGƏNCƏ VERİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda 20 yaşlı qız hicab geyinməkdən imtina etdiyi üçün ailəsi tərəfindən işgəncəyə məruz qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Ölkədə dəhşətli hadisə üzə çıxıb: 20 yaşlı qız hicab taxmaqdan imtina etdiyi üçün ailə üzvləri tərəfindən döyülüb və sistemli şəkildə işgəncə görüb.

Məlumata görə, qızı hər gün “cin çıxarmaq” adı altında mollanın yanına aparırmışlar.

“Rituallar” zamanı ona şlanqla zərbələr endirilir, hətta zorla nəcislə dolu çəlləyə salınırmış. Uzun müddət davam edən işgəncələr qızın ağır psixoloji və fiziki vəziyyətə düşməsinə səbəb olub.

Hazırda zərərçəkmiş xüsusi krizis mərkəzinə yerləşdirilib. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Xuraman Etibarlı

İnterpress.az